Qazax sakininin qış üçün tədarük etdiyi qida məhsulları oğurlanıb - FOTO

Qazax sakininin qış üçün tədarük etdiyi qida məhsulları oğurlanıb - FOTO Qazax rayonunda evdən oğurluq edilib.
Hadisə
16 Oktyabr , 2019 15:24
Qazax sakininin qış üçün tədarük etdiyi qida məhsulları oğurlanıb - FOTO

Qazax rayonunda evdən oğurluq edilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Mehdi Hüseyn küçəsi, 12 ünvanında yerləşən mənzildə qeydə alınıb.

Belə ki, rayon sakini, Nigar İsmayılova ona məxsus evdən son 6 ay ərzində 2 dəfə oğurluq edildiyini iddia edib. Onun sözlərinə görə, oğurluq hadisəsi onların Bakı şəhərində olduğu günlərdə törədilib: "Evdən məişət avadanlıqları, bəzi ev əşyaları, dəyəri 300 manat olan antik samovar və qış üçün tədarük məqsədilə evin zirzəmisində saxlanılan qida məhsulları da oğurlanıb".

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi