Samux rayonunda oğurluq hadisəsi olub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də rayon ərazisindəki evlərin birindən 6 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qazax şəhər sakini, əvvəllər məhkum olunmuş F.Məmmədova saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.