Qazaxda gənc oğlanı bıçaqlayan şəxs saxlanılıb

Qazaxda gənc oğlanı bıçaqlayan şəxs saxlanılıb Qazax rayon sakini qolundan bıçaq xəsarəti alıb. "Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Ağköynək kənd sakini, 2004-cü il təvəllüdlü Nicat Nəsibov qolundan bıçaqlanıb.
Hadisə
3 Sentyabr , 2021 18:15
Qazaxda gənc oğlanı bıçaqlayan şəxs saxlanılıb
0 : 00
0 : 00

Qazaxda həmyerlisinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb Mərkəzinin sorğusuna əsasən verilən məlumata görə, Qazax rayon sakini, 2004-cü il təvəllüdlü Nicat Nəsibovu bıçaqlamaqda şübhəli bilinən, 2005-ci il təvəllüdlü həmyerlisi Əlövsət Musayev saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

16:39

Qazax rayon sakini qolundan bıçaq xəsarəti alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Ağköynək kənd sakini, 2004-cü il təvəllüdlü Nicat Nəsibov qolundan bıçaqlanıb.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

N.Nəsibovun kim tərəfindən və hansı səbəblərdən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi