Qazax sakini iş görən zaman balta ilə ayağını kəsib

Qazax sakini iş görən zaman balta ilə ayağını kəsib Hadisə yerli sakin ağac kəsən zaman baş verib
Hadisə
9 Aprel , 2017 10:08
Qazax sakini iş görən zaman balta ilə ayağını kəsib

Qazax. 9 aprel. REPORT.AZ/ Qazax rayonunda bədbəxt hadisə nəticəsində yerli sakin balta ilə ayağını kəsib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Qarapapaq kəndində baş verib.

Kənd sakini, 1961-ci il təvəllüdlü, Məmmədov Mayis İsmayıl oğlu həyətdə ağac kəsən zaman ehtiyatsız davranaraq balta ilə sol ayaq barmaqlarını kəsib. Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Dərhal əməliyyata alınan yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi