Qazax rayonunda 82 yaşlı kişinin intihar etməsinin səbəbləri məlum olub - YENİLƏNİB - TƏFƏRRÜAT

Qazax rayonunda 82 yaşlı kişinin intihar etməsinin səbəbləri məlum olub - YENİLƏNİB - TƏFƏRRÜAT ​Mərhum xərçəng xəstəliyindən əziyyət çəkib
Hadisə
10 Avqust , 2017 22:50
Qazax rayonunda 82 yaşlı kişinin intihar etməsinin səbəbləri məlum olub - YENİLƏNİB - TƏFƏRRÜAT

Qazax. 10 avqust. REPORT.AZ/ Qazaxda 82 yaşlı kişinin itihar etməsinin səbəbləri məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1935-ci il təvəllüdlü Nəriman İsmayılov uzun müddət xərcəng xəstəliyindən əziyyət çəkib. Son günlərdə bədənində kəskin ağrılar və şişkinlik yaranıb. Bunlara dözməyən 82 yaşlı kişi özünü yaşadığı evin həyətində tut ağacından asaraq intihar edib. Ahıl kişinin meyiti yaxınları tərəfindən aşkarlanıb. Dərhal hadisə yerinə təcili tibbi yardım və hüquq mühafizə orqanları çağrılıb və meyit ekspertizaya aparılıb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.


***21:26

Qazax. 10 avqust. REPORT.AZ/  Qazax rayonunda 82 yaşlı kişi intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağköynək kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini 1935-ci il təvəllüdlü Nəriman Tapdıq oğlu İsmayılov özünü asaraq intihar edib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi