Qayınını bıçalayan şəxs məhkəmədə ifadə verib: "Onu söyüşə görə vurdum"

Qayınını bıçalayan şəxs məhkəmədə ifadə verib: "Onu söyüşə görə vurdum" Məhkəmənin növbəti iclası iyunun 12-nə təyin edilib
Hadisə
6 İyun , 2017 10:44
Qayınını bıçalayan şəxs məhkəmədə ifadə verib: Onu söyüşə görə vurdum

Bakı. 5 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sadiq Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə S.Məmmədov özünü qismən təqsirli bildiyini deyib. O, sərbəst ifadə verən zaman hadisənin baş verməsinə səbəb olaraq, qaynının onu söydüyünü göstərib: "Yoldaşımla Ağcabədidə yaşayırdım. O, küsüb qardaşıgilə gəlmişdi. Mən də uşaqlarımı görmək üçün onlara getdim, niyyətim barışmaq idi. Asəflə görüşüb söhbət etdik, lakin o, söyüş söydü, mən də əsəbiləşib onu vurdum".

Daha sonra zərərçəkmiş Asəf Həsənov məhkəmədə ifadə verib. O, ailəsindən ayrılan bacısına və onun 2 uşağına baxdığını bildirib.

Məhkəmənin növbəti iclası iyunun 12-nə təyin edilib.

İttiham aktına əsasən, hadisə Masazır qəsəbəsində baş verib. S.Məmmədov mübahisə etdikdən sonra qaynı Asəf Həsənova 4 bıçaq zərbəsi endirib. A.Həsənov bıçaqlandıqdan sonra taksi ilə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi