Qaxın ucqar kəndinə dolu yağıb - FOTO

Qaxın ucqar kəndinə dolu yağıb - FOTO Meyvə ağaclarına ziyan dəyib
Hadisə
28 May , 2017 22:57
Qaxın ucqar kəndinə dolu yağıb - FOTO
Report.az

Qax. 28 may. REPORT.AZ/ Bu gün axşam saatlarında Qax rayonuna güclü dolu yağıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, dolu, əsasən rayonun Sarıbaş kəndinə düşüb.

Təqribən saat 18:00-dan etibarən yağmağa başlayan dolu fındıq iriliyində olub və yeni çiçəkləyən alma, o cümlədən qoz və akasiya ağaclarına ziyan vurub.

Qeyd edək ki, Qax şəhərindən 19 kilometr uzaq məsafədə olan Sarıbaş kəndi dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir və Qax rayonunun ən ucqar dağ kəndi hesab olunur.

Son xəbərlər

Orphus sistemi