Qaxdan keçən Kürmük çayında suyun səviyyəsi artıb - FOTO

Qaxdan keçən Kürmük çayında suyun səviyyəsi artıb - FOTO İki kənd subasma təhlükəsi ilə üzləşib
Hadisə
11 İyun , 2016 22:06
Qaxdan keçən Kürmük çayında suyun səviyyəsi artıb - FOTO

Qax. 11 iyun. REPORT.AZ/ Son günlər aramsız yağan yağışlar Qax rayonundan keçən Kürmük çayında suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə Qax şəhərinin Qaxbaş və İbaxlı kəndlərində təhlükəli vəziyyət yaranıb.

Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovun “Report”un Şimal-Qərb bürosuna verdiyi məlumatına görə, hazırda təhlükənin aradan qaldırılması üçün çayın sahilinə ağır texnikalar cəlb olunub.

O bildirib ki, texnikalar vasitəsilə daş və çınqıl çayın içərisindən çıxarılaraq sahilə tökülür.

"Səhər saatlarından etibarən əməkdaşlarımız fasiləsiz olaraq çalışırlar ki, dəliqanlılığı ilə bilinən Kürmük çayı yaşayış məntəqələrinə ziyan vurmasın. Hazırda çayda saniyədə 60-70 kubmetr su var, bu da əvvəlki illərlə müqayisədə həddindən artıq çoxdur. Yaz aylarında gördüyümüz sahilbərkitmə işləri indi köməyimizə gəlib. Bəndlər vasitəsilə kəndlərimiz daşqınlardan qorunur", - deyə o söyləyib.

Son xəbərlər

Orphus sistemi