Qaxda zəlzələ zamanı xəsarət alanlardan biri müalicə məqsədilə Bakıya göndərilib

Qaxda zəlzələ zamanı xəsarət alanlardan biri müalicə məqsədilə Bakıya göndərilib Qax. 6 iyun. REPORT.AZ/ Qax rayonunda zəlzələ zamanı xəsarət alanlardan biri müalicə məqsədilə Bakıya göndərilib.
Hadisə
6 İyun , 2018 17:41
Qaxda zəlzələ zamanı xəsarət alanlardan biri müalicə məqsədilə Bakıya göndərilib
Report

Qax. 6 iyun. REPORT.AZ/ Qax rayonunda zəlzələ zamanı xəsarət alanlardan biri müalicə məqsədilə Bakıya göndərilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, iyunun 5-də axşam saatlarında Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində üç nəfər xəsarət alıb. 

Qax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Qax şəhər sakini, 2004-cü il təvəllüdlü Güllər Səbuhi qızı Durmuşzadə zəlzələ zamanı evdə yıxılaraq ayağını sındırıb. 14 yaşlı qızın ayağına gips qoyulub və evə buraxılıb. Digər yaralılar isə rayonun Tasmalı kənd sakinləri olub. 1977-ci il təvəllüdlü Vüsalə Musa qızı Musayeva sol bazunun, həmkəndlisi 1958-ci il təvəllüdlü Rafiq Cuma oğlu Kazımov isə sağ bazunun sınığı diaqnozu ilə xəstəxanaya daxil olub. 60 yaşlı Rafiq Kazımov müalicə üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Son xəbərlər

Orphus sistemi