Qaxda yol qəzası olub, xəsarət alanlar var
- 29 iyun, 2018
- 05:10
Qax. 29 iyun. REPORT.AZ/ Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.
Belə ki, rayonun Şıxlar kənd sakini,1962-ci il təvəllüdlü Əfqan Nəsib oğlu Osmanov idarə etdiyi 90-MG-445 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı ağaca çırpıb.
Nəticədə sürücü Ə.Osmanov və onun sərnişini, həmkəndlisi, 1979-cu il təvəllüdlü Azad Hümmət oğlu Əmrahov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, hər iki yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-sabitdir.
Faktla bağlı araşdırma aparılır.