Qaxda yaşlı qadını çaqqal dişləyib

Qaxda yaşlı qadını çaqqal dişləyib Qax rayon sakini çaqqal hücumuna məruz qalıb.
Hadisə
1 Sentyabr , 2019 19:54
Qaxda yaşlı qadını çaqqal dişləyib

Qax rayon sakini çaqqal hücumuna məruz qalıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun 1962-ci il təvəllüdlü Əlibəyli kənd sakini Baraxaşvili Liya Solomon qızını bağda fındıq yığarkən çaqqal dişləyib.

Qax Rayon Mərkəzi Xəstəxanasına aparılan 57 yaşlı qadına ilkin tibbi yardım göstərilib və ona quduzluq əleyhinə vaksin vurulub. L.Baraxaşvili ambulator müayinə üçün evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi