Qaxda yaşayış evi yanıb

Qaxda yaşayış evi yanıb Yanğın söndürülüb, xəsarət alan olmayıb
Hadisə
9 Mart , 2021 16:04
Qaxda yaşayış evi yanıb

Qax rayonunda yaşayış evində yanğın olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qum kəndində baş verib.

Belə ki, kənd sakini, 1963-cü il təvəllüdlü Azər Qönçə oğlu Qönçəyevə məxsus ümumi sahəsi 90 m² olan birmərtəbəli, dörd otaq və bir mətbəxdən ibarət olan ev anidən alovlanıb. Hadisə yerinə yanğınsöndürən texnika və şəxsi heyət cəlb olunub.

Hadisə zamanı evin 2 otağının dam və tavan örtüyü yanıb, digər üç otaq yanğından mühafizə olunub, ev əşyalarının bir hissəsi isə yanaraq yararsız hala düşüb.

Yanğın söndürülüb, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi