Qaxda velosipeddən yıxılan gənc xəsarət alıb
Hadisə
- 10 iyun, 2018
- 15:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qax. 10 iyun. REPORT.AZ/ Qaxda velosipeddən yıxılan gənc oğlan xəsarət alıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qaxbaş kəndində baş verib.
Qax sakini, 1997-ci il təvəllüdlü Abdurrəhim Məhəmməd oğlu Məhəmmədov idarə etdiyi velosipeddə yaranan nasazlıq nəticəsində idarəetməni itirərək velosipedi yol kənarına çırpıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 21 yaşlı gənc Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Baş nahiyəsindən xəsarət alan A.Məhəmmədova ilkin yardım göstərilib. Onun başına tikiş qoyulub və cərrahiyə şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta-sabitdir.
Son xəbərlər
16:18
"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib
Digər
16:15
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə
16:14
Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
Fərdi
16:13
Sənan Vəlizadə: "Kiberhücumlara qarşı sektorlararası məlumat mübadiləsi vacibdir"
İKT
16:12
Abid Ələsgərzadə: "Kibertəhlükəsizlik insidentləri barədə AMB-yə məlumatın vaxtında verilməməsi pozuntu sayılır"
İKT
16:11
Nasir Al-Darmaki: Muzeylər müxtəlif mədəniyyətlərin nümayəndələrinə təcrübə bölüşmək imkanı verməlidir
Xarici siyasət
16:10
Foto
Azərbaycan və BƏƏ Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair "Yol Xəritəsi" imzalanıb
Hərbi
16:07
Foto
Azərbaycan mediasının inkişaf strategiyası və yeni prioritetləri müzakirə olunub
Media
16:05
Foto
Report Media Məktəbinin 22-ci qrupu təlim proqramına qoşulub
Media