Qaxda üç otaqlı ev yanaraq külə dönüb

Qaxda üç otaqlı ev yanaraq külə dönüb Qax rayonunda yanğın hadisəsi baş verib
Hadisə
15 Fevral , 2021 21:53
Qaxda üç otaqlı ev yanaraq külə dönüb

Qax rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaxbaş kəndində qeydə alınıb.

Belə ki, Qaxbaş kənd sakini, 1959-cu il təvəllüdlü, Tamazaşvili Sosiko Restikoviçə məxsus ümumi sahəsi 112 kv/m olan kürsülü bir mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin ( FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi