Qax. 11 avqust. REPORT.AZ/ Qax rayonuna yağan güclü leysan yağışı bir sıra fəsadlar törədib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Ərdava çayının üzərindəki avtomobil körpüsünü sel aparıb.
Nəticədə Çinarlı kəndininin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Qeyd edək ki, həmin körpünü 2011-ci ildə də sel aparmışdı.