Yuxarı
    Bağlamaq

    Keçmiş polis işçisi qonşusunu odlu silahla qətlə yetirib - YENİLƏNİB - TƏFƏRRÜAT

    Hadisə ağac əkmək üstündə baş verib© Report.az

    Qax. 14 aprel. REPORT.AZ/ Qax rayonunda qətl hadisəsi baş verib.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayon sakini 1959-cu il təvəllüdlü Musayev Aydın Musa oğlu qətlə yetirilib.

    Hadisəni 1949-cu il təvəllüdlü, Hacıyev Nəbi Hacıislam oğlu odlu tüfəngdən istifadə etməklə törədib. Onların qonşu olduğu bildirilir.

    A.Musayev "Kamaz" sürücüsü olub, N.Hacıyev isə təqaüddə olan keçmiş polis işçisidir.

    Hadisə Aydın Məmmədov küçəsində, A.Musayevin yaşadığı evin qarşısında qeydə alınıb.

    Hadisə ağac əkmək üstündə baş verib. A.Musayev kiçik ərazidə ağac əkərkən N.Hacıyev həmin ərazinin ona aid olduğunu bildirib. Nəticədə mübahisə baş verib. Hacıyev Musayevi təklülə tüfənglə qətlə yetirib.

    Hadisəni törədən şəxs saxlanılıb.
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi