Qaxda reyd keçirildi, qaydaları pozan 20 sürücü cərimələndi

Qaxda reyd keçirildi, qaydaları pozan 20 sürücü cərimələndi İnzibati protokol tərtib olunub
Hadisə
21 Aprel , 2021 15:58
Qaxda reyd keçirildi, qaydaları pozan 20 sürücü cərimələndi
0 : 00
0 : 00

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə şəhər ərazisində növbəti reyd təşkil olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən reyd zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb.

Ümumilikdə qaydaları pozan 20 nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati protokol tərtib olunub.

Son xəbərlər

Orphus sistemi