Qaxda qəza olub, bir ailənin üç üzvü ağır xəsarət alıb - YENİLƏNİB

Qaxda qəza olub, bir ailənin üç üzvü ağır xəsarət alıb - YENİLƏNİB Qax rayonunda baş verən ağır yol-nəqloyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
23 İyun , 2019 22:02
Qaxda qəza olub, bir ailənin üç üzvü ağır xəsarət alıb - YENİLƏNİB
Foto: "Report"

Qax rayonunda  baş verən ağır yol-nəqloyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Hadisə zamanı 1972-ci il təvəllüdlü Zamanov Qamboy Elbrus oğlu və övladları - 2009-cu il təvəllüdlü Zamanov Elgün Qamboy oğlu, 2011-ci il təvəllüdlü Zamanov Elbrus Qamboy oğlu ağır xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlara qapalı kəllə-beyin və bədənlərinin müxtəlif nahiyələrinin travması diaqnozu qoyulub. Hər üç şəxs reanimasiyaya yerləşdirilib.


*** 21:14

Qax rayonunda avtomobil qəzası baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Qax-Oğuz avtomobil yolunda qeydə alınıb. 

Bakı istiqamətində hərəkət edən "VAZ" markalı minik avtomobili qarşı tərəfdən gələn "BMW" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü və sərnişinləri xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi