Qaxda Qarabağ müharibəsi əlili yaşadığı kənddə ölü tapılıb - YENİLƏNİB

Qaxda Qarabağ müharibəsi əlili yaşadığı kənddə ölü tapılıb - YENİLƏNİB Qax rayonunun Güllük kəndi ərazisində tapılan kişi meyitinin kimə məxsus olması məlum olub.
Hadisə
28 May , 2019 22:59
Qaxda Qarabağ müharibəsi əlili yaşadığı kənddə ölü tapılıb - YENİLƏNİB

Qax rayonunun Güllük kəndi ərazisində tapılan kişi meyitinin kimə məxsus olması məlum olub. 

"Report"un yerli bürosunun müxbirinin əldə etdiyi məlumata görə, meyitin Güllük kənd sakini, 1968-ci il təvəllüdlü Cahangir Zakir oğlu Məmmədova məxsusdur.  Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib. 51 yaşlı Cahangir Məmmədovun hansı səbəbdən ölməsi araşdırılır.

Qeyd edək ki, ölən şəxs birinci qrup Qarabağ müharibəsi əlilidir.


*** 21:13

Qax rayonunda meyit tapılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında Qax Təcili Tibbi Yardım Stansiyasına rayonun Güllük kəndində bir nəfərin yerdə uzanıqlı vəziyyətdə hərəkətsiz halda qalması barədə məlumat daxil olub.

Məlumat əsasında hadisə yerinə yollanan təcili tibbi yardımın həkimləri kişi meyiti aşkarlayıblar. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi