Qaxda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var

Qaxda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var Qaxda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.
Hadisə
19 İyun , 2021 10:17
Qaxda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var

Qax rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala rayonu istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan bir-neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi