Qaxda mikroavtobusla minik avtomobili toqquşub, ölən var - FOTO - VİDEO - YENİLƏNİB

Qaxda mikroavtobusla minik avtomobili toqquşub, ölən var - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
29 Yanvar , 2020 18:04
Qaxda mikroavtobusla minik avtomobili toqquşub, ölən var - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 17:33

Qax rayonunda yol qəzası baş verib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Balakən rayon sakini, 1978-ci il təvəllüdlü İlham Qardaş oğlu Kərimovun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusla VAZ markalı avtomobil toqquşub. Nəticədə minik maşınının sürücüsü, Qax rayonunun Əmbərçay kənd sakini Namiq Məhəmməd oğlu Hətəmov hadisə yerində ölüb. Mikroavtobusda olan 8 sərnişindən heç biri xəsarət almayıb. Qəza nəticəsində beton elektrik dirəyi qırılaraq aşıb.Yaxınlıqda olan Əmbərçay kəndinə elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda elektrik enerjisinin bərpası üçün işlər aparılır.

Məlumata görə, mikroavtobus Balakəndən Bakıya hərəkət edirmiş. Qəza nəticəsində yolda qalan sərnişinlər digər mikroavtobusla Bakıya yola salınıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi