Qaxda meşə zolağı yanğından mühafizə olunub

Hadisə
  • 10 avqust, 2018
  • 13:33
Qaxda meşə zolağı yanğından mühafizə olunub

Bakı. 10 avqust. REPORT.AZ/ Qax rayonunda 100 ha biçilmiş taxıl sahəsi yanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.