Qaxda mağazadan 10 min manatdan çox pul oğurlanıb - FOTO

Qaxda mağazadan 10 min manatdan çox pul oğurlanıb - FOTO Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır
Hadisə
488
16 Noyabr , 2017 13:16
Qaxda mağazadan 10 min manatdan çox pul oğurlanıb - FOTO
Report

Qax.16 noyabr.REPORT.AZ/ Qax rayonunda mağazadan 10 min manatdan çox pul oğurlanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhərində, Vaqif Eyvazov küçəsində yerləşən marketlərdən birində qeydə alınıb.

Belə ki, şəhər sakini Tamara Abuzər qızı Məmmədova Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək işlədiyi mağazadan naməlum şəxs və ya şəxslərin 10 000 AZN və 100 ABŞ dolları, həmçinin kassadan 300 manat pulu gizli yolla talayaraq ona maddi ziyan vurduğunu bildirib.

Market sahibinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, bir müddət əvvəl həyat yoldaşı avtomobilini sataraq 10 min manatı mağazada saxlayıb. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi