Qaxda laçınlı məcburi köçkünlərin məskunlaşdığı fermada yanğın olub

Qaxda laçınlı məcburi köçkünlərin məskunlaşdığı fermada yanğın olub Qax rayonunda laçınlı məcburi köçkünlərin məskunlaşdıqları fermada yanğın olub
Hadisə
6 Mart , 2021 12:25
Qaxda laçınlı məcburi köçkünlərin məskunlaşdığı fermada yanğın olub

Qax rayonunda laçınlı məcburi köçkünlərin məskunlaşdığı fermada yanğın olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Cəlayir kəndində, "Qovra" adlanan ərazidə baş verib.

Yanğın Laçın rayonunun Oğuldərə kəndindən olan məcburi köçkün, 66 yaşlı Fazil İlyasov və onun iki oğlunun öz ailələri ilə birgə yaşadığı köhnə tikilidə qeydə alınıb. Nəticədə ümumi sahəsi 886 kvadratmetr olan fermanın 184 kvadratmetr çardaq hissəsi və 20 kvadratmetr sahəyə malik otaqlar içərisindəki əşyalarla birlikdə yanıb. Otaqlarda olan əşyaların bir hissəsini yanğından qorumaq mümkün olub.

Hadisə yerinə Qax rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb edilib. Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

F.İlyasov deyib ki, hadisə nəticəsində iki gəlininin cehizi, qızılları və ailənin dar gün üçün topladığı 2000 manatdan artıq pul yanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi