Qax rayonunda Kürmük çayı yaxınlığında yerli sakinlər tərəfindən meyiti tapöılan şəxsin kimliyi məlum olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, onun Ağdam rayon sakini, 1950-ci il təvəllüdlü Şəfa Əvəz oğlu Behbudov olduğu müəyyənləşib. Onun ürəktutmasından öldüyü ehtimal edilir.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.
*** 19:23
Qax rayonunda kişi meyiti tapılıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, meyit bu gün axşam saatlarında Kürmük çayı yaxınlığında yerli sakinlər tərəfindən aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.