Bakı. 26 dekabr. REPORT.AZ/ Qaxda bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, rayonun Qaysarlı kənd sakini, 1990-cı il təvəllüdlü Kərimli Elnur Rüstəm oğlu at arabasını sürərkən qəflətən yerə yıxılıb və araba onun üzərinə aşıb.
Yaralı qapalı kəllə-beyin travması və bədəninin müxtəlif nahiyələrinin əzilmiş yaraları ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Cərrahiyə şöbəsinə yerləşdirilib.
Hazırda xəstənin vəziyyəti orta ağırdır.

