Qaxda fındıq sahələri yanıb - FOTO

Qaxda fındıq sahələri yanıb - FOTO Yerli sakinlərin 3.5 hektarlıq ərazisinin 2.5-i məhv olub
Hadisə
30 Avqust , 2015 22:59
Qaxda fındıq sahələri yanıb - FOTO

Bakı. 30 Avqust. REPORT.AZ/ Bu gün axşam saatlarında Qax rayonunda yanğın hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayonun Qum kəndi ərazisində vətəndaşlara məxsus ümumi sahəsi 3.5 hektar ərazinin 2.5 hektar hissəsində yanğın olub.

Kənd sakini Musa İmamov, Təbrik Şahmuradov və Məryəm Əzizovaya məxsus fındıq bağı, quru ot sahəsi, həmin ərazini mühafizə edən çəpər yanıb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində ərazidə olan 3 yardımçı tikili və fındıq bağları yanğından mühafizə olunub.

Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi