Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb

Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb Qaxda evdən kişi meyiti tapılıb.
Hadisə
17 may 2024 14:49
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb

Qaxda evdən kişi meyiti tapılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Gürcüstan Respublikası vətəndaşı, 1952-ci il təvəllüdlü Zurab Celiqadzenin meyiti Qax şəhərində kirayə qaldığı evdə aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.

Müayinə zamanı Z.Celiqadzenin ürəktutmasından öldüyü məlum olub.

Son xəbərlər

Orphus sistemi