Qaxda ev yanaraq külə dönüb

Qaxda ev yanaraq külə dönüb Bu gecə Qax rayonunda yanğın hadisəsi baş verib.
Hadisə
657
27 Avqust , 2020 02:17
Qaxda ev yanaraq külə dönüb

Bu gecə Qax rayonunda yanğın hadisəsi baş verib.

“Report”un Şimal-Qərb bürosunun məlumatına görə, hadisə Qax şəhər sakini İsayev İsa Camal oğlunun yaşadığı evdə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Nəticədə ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Ətrafdakı tikililər yanğından mühafizə olunub.

Ev sahibinin sözlərinə görə, müvəqqəti yaşadıqları ev taxtadan tikilib və hər kəsin "Finski Ev" adlandırdığı evlərdəndir.

Yanğın zamanı ailə üzvlərindən evdə heç kim olmayıb. Onlar dünən ev əşyalarını da yığaraq yeni tikdikləri evə köçüblər. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi