Qaxda əsən güclü külək rayonu internetsiz qoyub

Qaxda əsən güclü külək rayonu internetsiz qoyub Bu gün axşam saat 21:30-dan etibarən Qax rayonu ərazisində internetin verilişi dayanıb.
Hadisə
7 Fevral , 2021 23:23
Qaxda əsən güclü külək rayonu internetsiz qoyub

Bu gün axşam saat 21:30-dan etibarən Qax rayonu ərazisində internetin verilişi dayanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, əsən güclü külək nəticəsində rayonun Qaşqaçay kəndi ərazisində iri gövdəli ağac aşaraq fiber-optik kabeli qırıb.

Nəticədə rayonun interneti kəsilib.

Hazırda qırılan xəttin bərpası üçün işlər aparılır. İnternetin yaxın 1 saat ərzində veriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi