Qaxda elektrikpaylayıcı şəbəkədə yanğın xəsarətlə nəticələnib - YENİLƏNİB

Qaxda elektrikpaylayıcı şəbəkədə yanğın xəsarətlə nəticələnib - YENİLƏNİB Qax rayonunda elektrikpaylayıcı şəbəkədə baş verən yanğın nəticəsində xəsarət alan şəxsin adı məlum olub.
Hadisə
23 İyun , 2019 12:23
Qaxda elektrikpaylayıcı şəbəkədə yanğın xəsarətlə nəticələnib - YENİLƏNİB

Qax rayonunda elektrikpaylayıcı şəbəkədə baş verən yanğın nəticəsində  xəsarət alan şəxsin adı məlum olub. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, səhər saatlarında Qax rayon Mərkəzi Xəstəxanasına rayonun 1982-ci il təvəllüdlü Cəlayer kənd sakini Ocayev Tural Kərim oğlu yanıq xəsarətləri ilə daxil olub.

Müayinə zamanı məlum olub ki, T.Ocayev Qax Elektrik Paylayıcı Şəbəkəində iş zamanı baş verən yanğın zamanı xəsarət alıb. 


*** 11:16

Qax elektrik paylayıcı şəbəkədə yanğın baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə paylayıcı şəbəkədə iş görülən zaman baş verib.

Hadisə zamanı elektrik şəbəkəsinin əməkdaşaı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

  baş verən yanğın nəticəsində xəsarət alıb. Ona bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu qoyulub, vəziyyəti kafidir.

Son xəbərlər

Orphus sistemi