Qaxda cüyür ovlayan şəxs saxlanılıb

Qaxda cüyür ovlayan şəxs saxlanılıb Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qanunsuz ov edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, İlisu kəndi ərazisində xidmət aparan poli
Hadisə
21 Yanvar , 2022 11:47
Qaxda cüyür ovlayan şəxs saxlanılıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun İlisu kəndi ərazisində xidmət aparan polis əməkdaşları meşə istiqamətindən gələn “Niva” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

Yevlax rayon sakini Seymur Abdullayevin idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən qanunla ovlanması qadağan edilən bir baş cüyür heyvanının kəlləsi və ayaqları, ov əti, eləcə də “İJ” markalı tüfəng aşkar edilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi