Qaxda göbələkdən zəhərlənərək ölən uşaqların sayı 2-yə çatıb - YENİLƏNİB

Hadisə
  • 20 oktyabr, 2021
  • 05:35
Qaxda göbələkdən zəhərlənərək ölən uşaqların sayı 2-yə çatıb - YENİLƏNİB

Qaxda göbələkdən zəhərlənən 9 yaşlı İbrahimxəlil Qasımzadə vəfat edib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, o, Bakıda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. 

19.10.2021, 23.14

Qax rayonunda zəhərlənmə hadisəsi baş verib.

“Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Tasmalı kəndində qeydə alınıb.

Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.

44 - Tezliklə