Yuxarı

Qaxda baş vermiş yol qəzasında xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB-2

Qaxda baş vermiş yol qəzasında xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB-2
Hadisə nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb
© "Report"

Qax. 5 mart. REPORT.AZ/ Qax rayonunda baş vermiş ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı Qax rayon Əlibəyli kənd sakinləri: 36 yaşlı Dukaşvili Gita Boris qızı, 41 yaşlı Andiraşvili Laşa Kristian oğlu, 27 yaşlı Barixaşvili Georgi Nodar oğlu, 38 yaşlı Emiraşvili Naia Valika qızı və 4 yaşlı Emiraşvili Nikolas Slava oğlu xəsarət alıblar.

Yaralıların hamısı xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. 20 yaşlı Şioşvili Laşa Aludeyeviçin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə Alatəmir kəndində baş verib. "Volkswagen" markalı avtomobillə "VAZ-21011" markalı minik maşını toqquşub.


***21:12

Qax rayonunun Alatəmir kəndində "Volkswagen" markalı avtomobillə "VAZ-21011" markalı minik maşını toqquşması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.

"Report"un yerli bürosu xəbər verir ki, yaralıların 3-nün vəziyyəti ağirdir. 


***20:31

Qax rayonunda ağır yol qəzası baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Alatəmir kəndində qeydə alınıb.

Belə ki, "Volkswagen" markalı avtomobillə "VAZ-21011" markalı minik maşını toqquşub. Nəticədə 1 nəfər ölüb, 3-dən çox insan ağır xəsarət alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi