Qaxda qəza zamanı avtomobil iki yerə bölünüb, ölənlər var - ƏLAVƏ OLUNUB
Hadisə
- 01 iyun, 2017
- 04:41
Qax. 1 iyun. REPORT.AZ/ Qax rayonunun Dəymədağlı kəndində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, baş verən hadisə nəticəsində 2 nəfər ölüb, daha 2-si yaralanıb.
Belə ki, Zaqatala rayonunun Yuxarı Tala kənd sakini, 1984-cü il təvəllüdlü Bəhruz Ramazanovun idarə etdiyi "VAZ-2109" markalı avtomobil qəza nəticəsində iki yerə bölünüb və yanaraq külə dönüb.
Nəticədə sürücü B.Ramazanov və onun sərnişini 1985-ci il təvəllüdlü Ruslan Muradov ölüb. Avtomobildə olan digər sərnişinlər - 1988-ci il təvəllüdlü Həsrət Kərimov və 1977-ci il təvəllüdlü İlqar Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Son xəbərlər
12:30
Elçin Camallı: "Polo turnirinə yaxşı hazırlaşmışıq, özümüzü favorit görürük"
Komanda12:30
Foto
Astanada Azərbaycanın sağlamlıq turizmi imkanları təqdim edilib
Turizm12:27
Luka Skieppati: "Avropa bazarının Azərbaycan qazına marağı yüksək olaraq qalır" - MÜSAHİBƏ
Energetika12:21
Foto
Gürcüstanlı jurnalist və bloqerlər Şuşa şəhərinə səfər ediblər
Media12:21
Şənbə günü 35 dərəcə isti olacaq
Ekologiya12:18
Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya olunub
Hadisə12:16
Elvin Məmmədxanov: "Atçılıq idmanı Azərbaycanda sürətlə inkişaf edir"
Komanda12:15
"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını 18 % artırıb
İnfrastruktur12:13