Qaxda avtomobil piyadanı vurub

Hadisə
  • 27 noyabr, 2019
  • 18:10
Qaxda avtomobil piyadanı vurub

Qaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"-un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.

Qax sakini, 1982-ci il təvəllüdlü Elnur Nəsib oğlu Babayev yolu keçmək istəyərkən "VAZ" markalı avtomobil tərəfindən vurulub.

Yaralı təcili tibbi yardım maşını ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.