Yuxarı

Qaxda ağır yol qəzası: ölən və yaralanan var - FOTO - ƏLAVƏ OLUNUB

Xəsarət alanın vəziyyətinin orta-ağır olduğu bildirilir

Qax. 25 iyul. REPORT.AZ/ Qax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonunun Qarabaldır kəndi ərazisində baş verib.

"VAZ-2106" və "Opel Vectra" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Yaralanan şəxs - Qax rayonu, Zəyəm kənd sakini, 1972-ci il təvəllüdlü İlkin Oruc oğlu Gülməmmədov Qax Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib və onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Ölən şəxsin isə 1967-ci il təvəllüdlü Qax rayonu, Oncallı kənd sakini Xanlar Fikrət Məmmədov olduğu müəyyənləşib. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi