Yuxarı
    Bağlamaq

    Qaxda ağır yol-nəqliyyat hadisəsi: 5 ölü - YENİLƏNİB

    Hadisənin yüksək surət səbəbindən baş verdiyi guman olunur

    Bakı. 20 İyun. REPORT.AZ/ Qax rayonunda baş verən ağır yol qəzası nəticəsində ölən beş nəfərin adları məlum olub:

     "Niva" markalı avtomobilin sürücüsü və sərnişinlər:

    kiçik gizir - Abbasov Maarif Əlican oğlu

    kiçik gizir - Niftiyev Əjdər Paşa oğlu

    kiçik gizir - Şəmilli Anar İxtiyar oğlu

    "Mercedes" markalı avtomobilin sürücüsü və sərnişin:

    Məcidov Samir Teymur oğlu

    Tosov Pərviz

    *** 19:45

    Bakı. 20 İyun. REPORT.AZ/ Qax rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. "Report"un xəbərinə görə, Qax-Şəki yolunun 1-ci kilometrliyində baş verən hadisə nəticəsində 5 nəfər ölüb.

    Belə ki, Şəkidən Qax istiqamətinə hərəkət edən 10-UX-515 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil qarşıdan gələn 99-BS-466 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.

    Hadisə nəticəsində "Mercedes"də olan sürücü və sərnişin hadisə yerində ölüb. "Niva" markalı avtomobildə olan və Sərhəd Qoşunlarının əməkdaşları olduğu güman edilən hərbçilər də dünyasını dəyişib.

    Hadisənin yüksək surət səbəbindən baş verdiyi guman edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi