Qaxda 8-ci sinif şagirdi ehtiyatsızlıqdan özünü asaraq öldürüb - YENİLƏNİB

Qaxda 8-ci sinif şagirdi ehtiyatsızlıqdan özünü asaraq öldürüb - YENİLƏNİB Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi açılıb
Hadisə
26 Avqust , 2017 16:20
Qaxda 8-ci sinif şagirdi ehtiyatsızlıqdan özünü asaraq öldürüb - YENİLƏNİB

Qax. 26 avqust. REPORT.AZ / Qaxda intihar edən 13 yaşlı oğlanın ehtiyatsızlığın qurbanı olduğu məlum olub.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Əmbərçay kənd sakinləri məlumat veriblər. 

Onların sözlərinə görə, səkkizinci sinif şagirdi Süleyman Şəliyev fındıq bağında üçüncü sinifdə oxuyan bacısına zarafatla 8 gün öncə kənddə 28 yaşlı Elman adlı şəxsin özünü necə asmasını göstərmək istəyib və "bax, Elman özünü belə asmışdı" deyib. Bu zaman ip S.Şəliyevin boğazına dolanıb və o, boğularaq ölüb.

Qeyd edək ki,18 avqust tarixində Əmbərçay kəndində 28 yaşlı Elman Camalov yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə özünü asaraq intihar etmişdi.

Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


*** 15:46

Qax. 26 avqust. REPORT.AZ / Qax rayonunda 13 yaşlı oğlan intihar edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Əmbərçay kənd sakini, 13 yaşlı Süleyman Hüseyn oğlu Şəliyev özünü fındıq ağacından asıb.

Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb və həkimlərin müayinəsi nəticəsində 8-ci sinifdə oxuyan S.Şəliyevin artıq ölməsi məlum olub.

Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi açılıb,araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi