Qaxda 79 yaşlı kişi intihar edib

Qaxda 79 yaşlı kişi intihar edib O, bir neçə dəfə özünə qəsd etmək istəsə də yaxınları tərəfindən qarşısı alınıb
Hadisə
17 May , 2017 15:22
Qaxda 79 yaşlı kişi intihar edib

Qax. 17 may.REPORT.AZ / Qax rayonunda 79 yaşlı kişi intihar edib.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, rayonunun Çinarlı kənd sakini 1938-ci il təvəllüdlü Nəzirməhəmməd Mehdi oğlu Abdullayev özünü yaşadığı evin həyətində olan tövlədə asıb. Evdə tək olan N.Abdullayevi yaxınları asılı vəziyyətdə aşkar ediblər.

Ailə üzvlərinin sözlərinə görə, N.Abdullayev son vaxtlar xəstəlikdən əziyyət cəkib və əməliyyat olunub. Elə buna görə də, bir neçə dəfə özünə qəsd etmək istəyib, amma yaxınları tərəfindən bunun qarşısı alınıb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi