Qaxda 78 yaşlı kişi körpüdən keçərkən su kanalına düşüb
Hadisə
- 17 yanvar, 2018
- 10:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qax. 17 yanvar. REPORT.AZ/ Qax rayonunda 78 yaşlı kişi körpüdən keçərkən su kanalına düşüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhəri, İ.Dağıstanlı küçəsində baş verib.
Belə ki, həmin küçədə dərinliyi 3 metrə yaxın olan, su kanalının üzərində yerləşən körpüdən keçərkən 1940-cı il təvllüdlü Nemət Məhəmməd oğlu Maqsudov kanala düşüb. Ətrafdakıların köməkliyi ilə qoca kişi su kanalından çıxarılıb və Təcili Tibbi Yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.
Son xəbərlər
14:40
Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir
Ekologiya
14:39
Futzal üzrə dünya çempionatı: Çexiya - Azərbaycan oyununun təyinatları müəyyənləşib
Futbol
14:36
Ukrayna müdafiə ehtiyacları üçün daha 2,86 milyard avro alıb
Digər ölkələr
14:33
Azərbaycan HOTREC və "Hotelstars" İttifaqının Baş Assambleyalarına qatılıb
Turizm
14:33
Azərbaycanlı tələbə: "Kəlağayı yürüşü"nə qatılmaqda məqsədim milli ənənələrimizi və irsimizi qorumaqdır
Mədəniyyət siyasəti
14:32
İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub
Biznes
14:31
İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb
Digər ölkələr
14:31
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi keçirilir
Hərbi
14:22
"Barselona" Hans-Diter Flikin rəhbərliyi altında tarixi nəticələrə imza atıb
Futbol