Qaxda 68 yaşlı kişi at arabasından yıxılaraq ölüb

Qaxda 68 yaşlı kişi at arabasından yıxılaraq ölüb Qax rayonunda bədbəxt hadisə baş verib.
Hadisə
31 May , 2022 12:46
Qaxda 68 yaşlı kişi at arabasından yıxılaraq ölüb

Qax rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Əmbərçay kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1954-cü il təvəllüdlü Neymət Əhmədov əkin sahəsindən kəndə qayıdan zaman ehtiyatsızlıqdan at arabasından yıxılıb.

Hadisə zamanı N.Əhmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi