Qaxda 58 yaşlı kişi itkin düşüb

Qaxda 58 yaşlı kişi itkin düşüb Qax rayonunun Qaxbaş kənd sakini, 1964-cü il təvəllüdlü Abdulla Cuma oğlu Abdullayev itkin düşüb.
Hadisə
28 Yanvar , 2022 11:24
Qaxda 58 yaşlı kişi itkin düşüb

Qax rayonunun Qaxbaş kənd sakini, 1964-cü il təvəllüdlü Abdulla Cuma oğlu Abdullayev itkin düşüb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna itkin düşən şəxsin oğlu Camal Abdullayev bildirib.

O deyib ki, A.Abdullayev yanvarın 24-də evdən çıxıb və bir daha geri qayıtmayıb: "Atam evdən gedərkən əynində qara gödəkcə, qara şalvar və qara ayaqqabı olub. Həmin vaxt spirtli içki qəbul etmişdi. Axşam saat 19-00 radələrində yaxınlıqda yerləşən mağazaya siqaret almağa getdiyini söylədi və bir daha geri qayıtmadı".

"Abdulla Abdullayevin əlamətləri - dolu bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, boyu isə 1.60 sm-dir. Onu görənlərdən bu nömrə ilə əlaqə saxlamaları xahiş olunur. 050-462-55-90", - C.Abdullayev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi