Qaxda 42 yaşlı qadın itkin düşüb - FOTO

Qaxda 42 yaşlı qadın itkin düşüb - FOTO O, evdən böyürtkən satmaq adı ilə çıxıb
Hadisə
22 Sentyabr , 2017 18:27
Qaxda 42 yaşlı qadın itkin düşüb - FOTO
Report.az

Qax. 22 sentyabr. REPORT.AZ/ Qax rayonunda 42 yaşlı qadın itkin düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax rayonunun Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva sentyabrın 21-dən yoxa çıxıb.

Onun anası Qax Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, qızı Rəsmiyyə Babayeva dünən səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb.

Rəsmiyyə Babayevanın əlamətləri: Boyu 143 sm, gözlərinin rəngi şabalıdıdır. Evdən çıxarkən əynində qırmızı köynək, ağ-qara xallı şalvar, ayağında qara rəngli rezin ayaqqabı olub.

Onu görənlərdən və yaxud yerini bilənlərdən Qax Rayon Polis Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Tel:(02425) 5 23 52; Mob:055-625-03-78

Son xəbərlər

Orphus sistemi