Bakı. 30 sentyabr. REPORT.AZ/ Qax rayonunda 3 tona yaxın narkotik bitkilər aşkarlanaraq məhv edilib.
"Report"un verdiyi xəbərə görə, narkotik bitkilər rayonun Lələli kəndi ərazisində aşkarlanıb.
Qax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sözü gedən kəndin ərazisində yabanı halda bitən, ümumi çəkisi 2 ton 670 kiloqram olan çətənə kolu aşkarlanaraq məhv edilib.
Faktla bağlı Qax RPŞ-də araşdırmalara başlanılıb.
Qaxda 3 tona yaxın narkotik bitkilər aşkarlanaraq məhv edilib
Hadisə
100
30 Sentyabr , 2016
11:54


Son xəbərlər
