Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapılıb - FOTO

Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapılıb - FOTO O, tanışının evində olub
Hadisə
24 Sentyabr , 2017 15:22
Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapılıb - FOTO
Foto: Report.az

Qax. 24 sentyabr. REPORT.AZ/ Sentyabrın 21-də Qax rayonu ərazisində itkin düşmüş qadın tapılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva Qax rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-ü günorta saatlarında tapılıb.

Tanışının evində olan qadın ailəsinə təhvil verilib.

Qadın sentyabrın 21-i səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb.

Son xəbərlər

Orphus sistemi