Yuxarı

Qaxda 28 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Qaxda 28 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
Faktla bağlı araşdırma aparılır
© Report

Qax. 21 fevral. REPORT.AZ/ Qax rayonunda 28 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb. 

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində, Nizami Gəncəvi adına parkda baş verib.

Belə ki, Rüfət adlı şəxs bıçaqlanan gəncin atası Hilal Əliyevlə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib. Atasının təhqir olunduğunu eşidən Nüsrət Əliyev hadisəyə müdaxilə edib. Bu zaman Rüfət ona   bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. 

Hadisəni törədən şəxs Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. 

Faktla bağlı araşdırma aparılır. 


*** 17:36

Qax rayonunda gənc oğlan parkda bıçaqlanıb. 

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində, Nizami Gəncəvi adına parkda  baş verib.

Naməlum şəxs mübahisə zəminində rayon sakini, 1990-cı il təvəllüdlu Əliyev Nüsrət Hilal oğluna bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Yaralı ətrafdakıların köməkliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Qax Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törədən səxsin axtarışlarına başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi