Qaxda 2 ton narkotik vasitə məhv edilib

Qaxda 2 ton narkotik vasitə məhv edilib Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Fıstıqlı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
Hadisə
555
21 Sentyabr , 2020 12:09
Qaxda 2 ton narkotik vasitə məhv edilib

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fıstıqlı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 2 ton olan 9 090 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib. 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi