Qaxda 14 yaşlı qız dəm qazından zəhərlənib

Qaxda 14 yaşlı qız dəm qazından zəhərlənib Həkimlər Rəksanənin vəziyyətinin orta-ağır olduğunu bildirirlər
Hadisə
16 Yanvar , 2016 21:15
Qaxda 14 yaşlı qız dəm qazından zəhərlənib

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün axşam saatlarında Qaxda zəhərlənmə hadisəsi baş verib. "Report" xəbər verir ki, Qax şəhər Üzeyir Hacıbəyov küçəsində yaşayan 14 yaşlı Rəksanə Bəhruz qızı Məmmədli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı onun dəm qazından zəhərləndiyi məlum olub. Xəstəyə ilkin tibbi yardım göstərilib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər Rəksanənin vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Son xəbərlər

Orphus sistemi