Yuxarı

Qaxda 11 yaşlı qızı avtomobil vurub

​Qaxda 11 yaşlı qızı avtomobil vurub

Qax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Tasmalı kəndində qeydə alınıb.

Qax sakini 25 yaşlı Yunis Şəkiliyev sükanı arxasında olduğu avtomobillə hərəkətdə olarkən 11 yaşlı Ləman Mirzəyevanı vurub. Yaralı dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla baglı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi